Tuesday 1 December 2015

Xəzərin leqal statusu ilə bağlı müzakirələrə bugün start verildi


Bakı, 1 dekabr, khazar2015summit.blogspot.com

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair sahilyanı dövlətlərin birgə növbəti sammiti Bakıda keçirilib. Sammitin məqsədi Xəzəryanı və digər dövlətlərin nümayəndələrinin iştirakı ilə Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması olub. Danışıqlarda İran, Qazaxıstan, Rusiya, Çin, Türkmənistan, ABŞ, Azərbaycan və Böyük Britaniya dövlətlərinin nümayəndə heyətləri təmsil edilib.
İclasın ilk günündə danışıqlar iki mövzu əsasında aparılıb: (i)Xəzərin demarkasiyası məsələsi və (ii)Xəzərin təhlükəsizliyi məsələsi.

Tərəflər ilk olaraq Xəzərin "göl" yaxud "dəniz" adlandırılması ilə bağlı müzakirələr ediblər. Danışıqlar əsnasında Türkmənistan və İran nümayəndələri Xəzərin göl kimi tanınmasının vacibliyini qeyd edib, Avropa İttifaqı və ABŞ nümayəndələri isə Xəzərin dəniz adlandırılmasının tərəfdarı olduqlarını bildiriblər. Rusiya rəsmisi isə sammitdə cıxışında bildirib ki, Xəzər göl statusu olması bölgənin təhlükəsizliyi üçün vacibdir . Belə ki, Xəzərə dəniz statusunun verilməsi başqa bir ölkənin Xəzərə müdaxiləsi üçün hüquqi əsas yaradır. Bu da bölgənin təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir.
Çin rəsmisi Xəzərin dəniz kimi adlandırılmasının lehinə çıxış edib. Azərbaycan rəsmisi isə Xəzərə beynəlxalq dəniz kimi baxdığını və bura qoyulan investisiyaları dəstəklədiyini bildirib. Qazaxıstan nümayəndəsi də Azərbaycanın mövqeyini dəstəkləyərək xüsusilə qeyd edib: "Əgər biz Xəzəri göl statusu versək, gələcəkdə sözügedən hövzəyə qərb şirkətləri tərəfindən investisiya qoyuluşu sual altına düşə bilər"

Sammitdə Xəzərin bölüşdürülməsi ilə bağlı bildirilib ki, Xəzərin orta xətt prinsipi ilə bölünməsi məqsədəuyğundur. Xəzərin statusu həll olunanadək Xəzəryanı ölkələrin milli sərvətlərdən ümumi istifadəsinə şərait yaradılmalıdır. Görüşdə həmçinin Rusiyanın Xəzər üzərindən açıq-aşkar ballistik raketlərdən istifadəsi də diskussiya mövzusu olub. Bu barədə Rusiyanın mövqeyi belə olub: "Biz hava zərbələrini Bəşər Əsədi dəstəkləmək üçün yox, terrorizmin qarşısını almaq üçün endiririk". Görüşün sonunda Xəzərin "dəniz" yaxud "göl" adlandırılması ilə əlaqədər səsvermə keçirilib. İlkin səsvermənin nəticəsi olaraq Xəzərin kompromis variant kimi "unlikal dəniz" olaraq tanınması qəbul edilib. Xəzərin leqal statusu ilə bağlı növbəti görüş 3 dekabr tarixində Sammitin 2-ci iclasında olacaq.

XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova, Fərid Qurbanov










































No comments:

Post a Comment