Wednesday 16 December 2015

Xəzər dənizinin leqal statusu ilə bağlı müzakirələr davam edir


Sammitin bu iclasında nümayəndələr əvvəlki iclaslarda olan müzakirələrini yeni təhlillərlə davam etdiriblər.

Öncə ötən həftə baş tutan iclasda  mövzu ilə bağlı İran tərəfindən səsləndirilən qətnamə xatırladılıb. Qətnamə 4 maddədən ibarətdir: 1-ci maddə: “Araz-Alov-Şərq” yatağı üzərində azad iqtisadi zona təklif edir; 2-ci maddə: Eksklüziv ekonomik zonaya ALBORZ yatağından birgə istifadə daxildir; 3-cü maddə: “Araz-Alov-Şərq” yatağı üzərində olan resurslardan yalnız iki sahilyanı dövlət-Azərbaycan və İran istifadə edir; 4-cü maddə: 80% gəlir Azərbaycana, 20% gəlir İrana düşür.

Görüşdə həmçinin digər ölkələr də mövqelərini qeyd ediblər. İlk olaraq çıxış edən Azərbaycan tərəfi bildirib ki: “Xəzərin hüquqi statusu ilə bağlı olan əsas məsələ Türkmənistan və Azərbaycan arasında olan müəmmalı neft yataqlarıdır. Bildirmək istəyirik ki, həmin müəmmalı zona qeyd olunmamışdan əvvəl hansı yatağın hansı ölkənin ərazisinə düşdüyünü bilmək olmaz”. Türkmənistan tərəfi cavab olaraq qeyd edib ki: “Keçmiş mövqeyimizdə qalırıq. Azərbaycan qanunları pozaraq Xəzərin statusu məlum olmamışdan neft və qaz istehsal edir. Kəpəz Türkmənistana qalmalıdır”.


Daha sonra  Qazaxıstan tərəfi öz mövqeyini bildirib: “Xəzər mürəkkəb geoquruluşa malik olduğundan hər ölkəyə münasib bölünsün. Regionda olan bütün layihələri dəstəkləyirik. Düşünürük ki, hər bir ölkə bu məsələdə razılığa gəlməlidir”. Rusiya isə Xəzərin orta xətt prinsipi ilə bölünməsinin tərəfdarı olduğunu bildirib. Türkiyənin mövqeyi olaraq bildirilib ki: regionda resurslar düzgün bölünməlidir. Çin tərəfinin mövqeyi isə belədir: “Xəzər unikal dənizdir. Beş ölkə arasında bərabərhüquqlu bölgü olmalıdır. Hər birinə 20% düşməlidir”. Son olaraq Böyük Britaniyanın mövqeyi bildirilib. BB bəyan edir: biz regional əməkdaşlığın əleyhinə deyilik, lakin regional əməkdaşlıq heç bir ölkəyə öz milli sektorunda ayrıca və başqaları ilə birlikdə sərbəst fəaliyyət göstərmək imkanını məhdudlaşdırmasın.
























No comments:

Post a Comment