Wednesday 23 December 2015

Xəzər dənizinin leqal statusu ilə bağlı Bakıda keçirilən Sammitin yekun iclası baş tutub

Bakı, 22 dekabr, khazar2015summit.blogspot.com
İlk olaraq ekspertlər mövzu ilə bağlı öz fikirlərini bildirib. Daha sonra suallar səsləndirilib. 
Görüşdə Xəzəryanı dövlətlərin mövqeləri qeyd olunub.


Rusiya öz mövqeyində bildirib ki, biz terrora qarşı mübarizə aparmışıq. Həmçinin Xəzər dənizində münaqişəli ərazilərin həlli naminə həmin sahənin bölünməsinin tərəfdarıyıq.


Daha Sonra çıxış edən İran nümayəndəsi qeyd edib ki: “Biz neytral zonanı dəstəkləmirik. Xəzər dənizinin çirklənməsi ilə bağlı tədbirlər çoxalıb”. Qazaxıstan tərəfi bildirib ki: “Biz Rusiya və İranla razıyıq, o cümlədən hərbi bazanın burada yerləşməsi və koalisiya baxımından”. Türkmənistan isə Xəzər dənizinin sülh məqsədi ilə istifadə edilməsinin lehinə olduğunu qeyd edib.


Görüşdə digər dövlətlərin də məsələ ilə bağlı mövqeləri müzakirə olunub. İştirak edənlər yenidən Xəzəryanı dövlətlərin mövqelərinə qayıdıblar.


Son olaraq görüşdə iştirak edən dövlətlərin Xəzərin statusu ilə bağlı irəli sürdüyü maddələrdən ibarət konvensiya səsverməyə qoyulub və qəbul olunub.
XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova






















 








No comments:

Post a Comment