Wednesday 16 December 2015

The Delimitation of Caspian Sea

Foreign Policy of Azerbaijan

15 December 2015

SNT-5

The Delimitation of Caspian Sea

EU
The Delimitation of the Caspian will be effected as to the agreement on the basis of the International Law of the Sea. Special circumstances may exist where the delimitation principle may not be able to be applied.

İran
Keçən həftə bildirdiyimiz qətnaməni bir daha xatırlatmaq istəyirik.
1-ci maddə: “Araz”, “Alov”, “Şərq” yatağı üzərində azad iqtisadi zona təklif edir.Azərbaycan və İran eksklüziv zonadan yararlanır.
2-cü maddə: Eksklüziv ekonomik zonaya ALBORZ (“Araz-Alov-Şərq) yatağından birgə istifadə daxildir.
3-cü maddə: “Araz-Alov-Şərq” yatağı üzərində olan resurslardan yalnız iki sahilyanı dövlət- Azərbaycan və İran istifadə edir.
4-cü maddə: 80% gəlir Azərbaycana,20% gəlir İrana düşür.

Azərbaycan
Xəzərin hüquqi statusu ilə bağlı olan əsas məsələ Türkmənistan və Azərbaycan arasında olan müəmmalı  neft yataqlarıdır.

Türkmənistan
Keçmiş mövqeyimizdə qalırıq.Azərbaycan qanunları pozaraq Xəzərin statusu məlum olmamışdan neft və qaz istehsal edir.Kəpəz Türkmənistana qalmalıdır.

Azərbaycan
Bildirmək istəyirik ki, həmin müəmmalı zona qeyd olunmamışdan əvvəl hansı yatağın hansı ölkənin ərazisinə düşdüyünü bilmək olmaz.Təklif edirəm ki, bugün müəmmalı məsələyə aydınlıq gətirək

Türkiyə
Regionda  resurslar düzgün bölünməlidir.

Çin
Xəzər unikal dənizdir.Bərabərhüquqlu bölgü olmalıdır beş ölkə arasında.Hər birinə 20% düşməlidir.Hərbi donanma sahəsində sərhədlərin müəyyən olmasını təklif edirik

Rusiya
Qərara gəldik ki, Xəzər dənizi orta xətt prinsipi ilə bölünsün.

Böyük Britaniya
Bəyan edir ki,biz regional əməkdaşlığın əleyinə deyilik lakin regional əməkdaşlıq heç bir ölkəyə öz milli sektorunda ayrıca və başqaları ilə birlikdə sərbəst fəaliyyət göstərmək  imkanını məhdudlaşdırmasın.İstənilən ölkə ona məxsus sektorda, iqtisadi səmərəliliyindən asılı olaraq həm Xəzər ətrafı ölkələrlə həm də beynəlxalq qurumlarla sərbəst iş aparmaq,birgə fəaliyyət göstərmək hüququna malik olmalıdır.

Azərbaycan
Təklif edirik ki,Abşeron və Çeleken yarımadasından orta xətt başlansın.Lakin Türkmənistan qəbul etmir.

Türkmənistan
Bölünmə ancaq Qaradağ bölgəsindən və Çeleken yarımadasından olmalıdır.

İran
Regionda sülhü dəstəkləyirik.Azərbaycanla mövcud razılaşmadan məmnunuq.İki ölkə arasında olan razılaşma gələcəkdə hərzaman sülh gətirəcək.Xəzəri sülh dənizinə çevirəcək

Türkmənistan
Xəzərin statusu hal-hazırda məlum deyil.İdxal etdiyiniz məhsulun kompensasiyasını verdiyiniz halda biz gəlirin yarı-yarıya bölünməsi tərəfdarıyıq.

Böyük Britaniya
Xəzər orta xətt prinsipi ilə müvafiq sahilyanı dövlətin tam yurisdiksiyasına aid olaraq milli sektorlara bölünməlidir.

Azərbaycan
Azərbaycan əvvəlcədən neft ixrac edən ölkələrdəndir.Azərbaycanda olan quru sahədən çıxarılan neft tükəndiyi üçün  dənizlərə önəm verilmişdir.Burada olan neft və qaz yataqları həyati önəm daşıyır.

Türkmənistan
Azərbaycanla bizim aramızda bir çox layihələr var. “Azəri”, “Çıraq”neft yataqlarının bizə düşən 25/100 hissəsindən razıyıq.Bildirmək istəyirəm ki, tezliklə layihələrimizi gerçəkləşdirməliyik.

Qazaxıstan
Xəzər mürəkkəb geoquruluşa malik olduğundan hər ölkəyə münasib halda bölünsün.Regionda olan bütün layiheleri destekleyirik.Düşünürük ki, hər bir ölke bu məsələd razılığa gəlməlidir.

No comments:

Post a Comment