Friday 11 December 2015

Sammitin növbəti iclası keçirilib


Görüşdə öncə Xəzəryanı dövlətlərin mövqeləri diqqətə çatdırılıb. İlk olaraq bu mövzu da fikir bildirən Rusiya tərəfi: “Azərbaycan nefti Çinə ixrac etməlidir”- deyə qəti fikir bildirib. Daha sonra çıxış edən Türkmənistan tərəfi qeyd edib ki: “Azərbaycan orta xətti Abşerona qədər çəkib, Azəri-Çıraq-Günəşlini özünə aid edir. Biz isə bu fikirlə razı deyilik. Əgər Xəzərin bölgüsü orta xətt prinsipinə əsaslansa, Abşeron nəzərə alınmamalıdır”. Azərbaycan nümayəndəsi cavab olaraq bildirib ki: “Biz Türkmənistanın fikri ilə razılaşsaq, xarici qüvvələrin təsirinə məruz qalmış olacağıq. Bizim burada maraqlarımız var”.

Qazaxıstan nümayəndəsi Azərbaycan və Böyük Britaniyanın burada şirkətləri olduğunu və bu mövzuda aktiv iştirak etməli olduğunu qeyd edib. Onlar həmçinin Xəzərdə hasil edilən neft və qaz yataqlarının istifadəsinin tərəfdarı olduğunu bildiriblər.  İran tərəfi Böyük Britanya BP-nin Alov yataqlarında iş prinsipini gördükdən sonra qərar verə biləcəklərini bildiriblər. Böyük Britanya İrana cavab olaraq bu fikiri bildirilib ki, biz bildirmək istəyirik ki, biz Alovu işlətməyi təklif etmişdik, lakin İran qəbul etməmişdi. Son olaraq çıxış edən Türkiyə nümayəndəsi bölgədə sülhə önəm verdiklərini vurğulayıblar.

Sonda bir neçə  qərarlarla bağlı səsvermə keçirilib. İlk olaraq İran və Azərbaycanın Alov üzərində azad iqtisadi zona yaratmalı olduğu haqda dövlətlər arasında səsvermə keçirilib və qərar qəbul edilib. Daha sonra Azərbaycan və Türkmənistan arasında Azəri-Çıraq-Günəşli yatağının bölünməsi yönündə bir neçə qətnamə irəli sürülüb. Lakin qətnamələr ikitərəfli razılıq əsasında qəbul edilməyib.

XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova

























No comments:

Post a Comment