Wednesday 9 December 2015

Territorial Delimitation of Caspian Sea

Foreign Policy of Azerbaijan

8 December 2015

Territorial Delimitation of Caspian Sea

İran 
Azərbaycana baş sağlığı veririk "Günəşli" faciəsi ilə bağlı.Bu faciə hamını dərindən yaraladı. 

Azərbaycan 

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu platformasında borunun qırılması nəticəsində qaz sızıntısı baş vermişdir.Burada əsas səbəbləri araşdırırıq.  
Fikirləşirik ki, bu Rusiyanin işi ola bilər. Türkiyə ilə edilən son görüş Rusiyanı acıqlandıra bilər. 

Rusiya 
Azərbaycan təmsilçisinin sözlərinə cavab olaraq bildirib ki, bu platformada işləyənlər son 15 ildə heç bir təhlükəsizliklə təmin olunmayıb.

İran
Yenə tərəfləri təmkinli olmağa çağırırıq.Tərəflər öz aralarında dəqiqləşdirilməmis hadisələr haqqında çıxış etməsinlər.Biz düşünürük ki, bu məsələnin həll olunmasında tərəflər arasında kompramis olmalıdır. Bu facinənin qarşısını almaqda yardım etməyə hazırıq.İran istəyir ki, Xəzər bölgüsü aparılarkən 20% bölgü əsasında aparılsın. Biz tərəflərə bildiririk ki, bunu 20% bölgü əsasında aparıb ədalətli qərar verək.

Qazaxıstan
Azərbaycana baş sağlığı veririk.Yardım etməyə hazırıq. Xəzərin coğrafi mövqeyi mürəkkəb olduğundan orta xətt prinsipi unikal variantdır.

Türkmənistan
Düşünürük ki, Xəzər coğrafi mövqeyinə görə orta xətt prinsipi ilə bölünsün.

Azərbaycan
Biz Xəzərin bölünməsi dedikdə hava sahəsi, dəniz dərinliyi olaraq nəzərdə tuturuq.Xəzərin dibinin bölünməsinə dair sazişə görə Xəzərin dibinin 19.5 %-i Azərbaycanın payına düşür.

Böyük Britaniya
Xəzərin unikal dəniz olduğunu düşünürük.Xəzər dənizinin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi tərəfdarıyıq.Səth sularının bərabər hüquqlu istifadəsini təklif edirik.Dəniz hüququ üzrə 1982-ci il konvensiyasına görə, ərazi dənizinin eni 12 dəniz millindən artıq olmamalıdır.


EU
Support economic zone area. The EEZ’s area should starting from the coast extending to 200 nautical miles from the baselines of the territorial sea. the contiguous zone of 24 nautical miles from the baseline of the territorial waters. The continental shelf shall not exceed 350 nautical miles from the baselines of territorial sea at maximum or 100 nautical miles.

Amerika
Azərbaycan və Böyük Britaniya ilə razıyıq.Orta xətt prinsipi ilə razıyıq.

Rusiya
İran ilə razıdırlar.

Azərbaycan
Rusiyaya etiraz bildirir və qeyd edirik ki, bizim aramızda saziş var. Buna baxmayaraq Xəzərin bölgüsü 20%-ə əsaslanmalıdır deyirsiniz.

Rusiya
Azərbaycan-Rusiya arasındakı sazişə yenidən baxılmalıdır.

Iran
İran İslam Respublikası olaraq bildirmək istərdik ki, Azərbaycan, Rusiya və İran Xəzərin bölgüsünə dair ədalət istəyir. İran İslam Respublikası olaraq öz haqlarımızı müdafiə edirik.Azərbaycan öz səth mövqeyindən çəkilməlidir.İranın hal-hazırki bölgüsü ədalətsizdir.Bizə 13.8% ərazi düşür ,biz bunu ədalətsiz görürük.Biz Xəzərdə 20% bölgüyə əsasən “Araz”, ”Alov”, “Şərq” yatağının bizə aid olduğunu bildirmək istəyirik.Siz iki dövlətə aid olan yatağı ələ keçirmisiniz və özünüzə qarşı ədalət istəyirsiniz. Tərəflər arasında güzəşt olmalıdır.

Qazaxıstan
Türkmənistan da orta xətt prinsipinə maraqlıdır.Lakin orta xətt prinsipində Türkmənistan “Sərdar” yatağını itirdiyinə görə razılaşmır.

Türkmənistan
Qazaxıstana təmsilçisinin sözlərinə cavab olaraq bildirib ki, Qazaxıstanın xarici siyasəti yanlışdır.Azərbaycan  Abşerondan Türkmənistanın quru sərhəddinə qədər  olan hissəsini özüne qəbul etmək istəyir və bu Türkmənistana edilən yanlışdır.

Azərbaycan
Bizdə hal-hazırda orta xəttin haraya düşdüyü naməlum qalmışdır.Türkmənistanla olan ən yaxın məsafə 195 kilometrdir. “Kəpəz” yatağı müəmmalıdır.Orta xəttə düşür təsdiqləyirik. Rusiya, İran, Türkmənistan birləşərək Azərbaycana blokada yarada bilməz.Qarşıda olan layihələrimiz var. Bunları təhlükə altına atmamağı bildirirəm.

İran
Əməkdaşlığa nail olmaqla regionda istənilən münaqişənin qarşısını ala bilərik.Azərbaycana bildiririk ki, “Araz” , “Alov”, “Şərq” yatağının bizim ərazimizə düşən hissəsinin 20% bölgü əsasında bölüşdürülməsinin tərəfdarıyıq. Bu məsələ hər bir ölkənin qanunvericiliyi ilə tənzimləndikdən sonra həyata keçirilə bilər.

Türkmənistan
Xəzərin bugünki statusu bəlli olmamışdır.”Kəpəz” yatağının tam şəkildə bizim əraziyə düşdüyünü iddia edirik.

Böyük Britaniya

İrana orta xətt prinsipi sərf etmir. Çünki,İrana 13.8% pay düşür və bu pay Xəzərin ən dərin hissəsi olduğu üçün burada neft ehtiyatları azdır.İran Azərbaycan və Qazaxıstan neftinin öz ərazisindən keçməklə Ərəbistan dənizinə və İran körfəzinə çıxarılmasında maraqlıdır.Bu iqtisadi cəhətdən səmərəli olsa da,Amerika ilə olan münasibətlər buna imkan vermədiyindən Azərbaycan və Qazaxıstana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. İran yalnız öz çıxarlı üçün çalışdığıdan onun fikri ilə razılaşmırıq.

No comments:

Post a Comment