Thursday 3 December 2015

Xəzərin leqal statusu ilə bağlı Bakıda keçirilən Sammitin növbəti iclası baş tutub


Bakıda baş tutan Sammitin 2 – ci iclasının mövzusu “Xəzər dənizində Neft və qaz yataqları və kəmərlər” mövzusu ətrafında olub. Nümayəndələr dövlətlərin mövqeləri ətrafında geniş müzakirələr apararaq mövzuya aydınlıq gətiriblər.

Görüşdə Rusiyanın bu məsələ ilə bağlı fikirlərinə münasibət bildirilib.
Rusiya tərəfi: “Qazaxıstan əgər Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda Avropa İttifaqını dəstəkləyirsə, o zaman niyə Avrasiya İttifaqına qoşulub?” deyə bildirib. Rusiya həmçinin “Azəri-Çıraq-Günəşli”nin Azərbaycan və Türkmənistan arasında bölüşdürülməsinin tərəfdarıdır.

Azərbaycan rəsmisi Rusiya tərəfinin çıxışna əlavə edərək bildirib ki: “ Azəri-Çıraq-Günəşli” Azərbaycan ərazisi hesab edilməlidir. Azərbaycan iqtisadiyyatının əsasını enerji təşkil edir. Biz resursların azad istifadəsinin tərəfdarıyıq. Transxəzər neft və qaz kəmərləri bizim üçün çox əhəmiyyətlidir”.  

Türkiyə nümayəndəsi: “Rusiya ilə tərəfdaşlıq edən ölkələr daim uduzub. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik” – deyə əlavə edib. 

Daha sonra İran tərəfi qeyd edib ki: “Hər bir ölkə suverendir və bu hüququndan istifadə etməlidir”.  

Sammitin davamında Türkmənistan tərəfi sərt şəkildə bildirib ki: “ Biz Xəzərin bölünməsi üçün BMT-nin konvensiyasına əsaslanırıq”.  

Son olaraq çıxış edən Qazaxıstan rəsmisi: “Bu prosesə qoşulmazdan əvvəl biz itirəcəklərimiz və qazanacaqlarımızı nəzərə almışıq. Burda Rusiya və İran öz maraqlarını qoruyur” - deyə fikrini tamamlayıb.



XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova, Fərid Qurbanov


 

 

    
 
 

No comments:

Post a Comment