Friday 4 December 2015

Oil and Pipeline

Foreign Policy of Azerbaijan

3 December 2015

SNT 3 Oil and Pipeline


İran
İran İslam Respublikası olaraq ilk öncə Xəzərin qanunsuz şəkildə dəniz kimi tanınmasından sonra mövcud vəziyyətə dair öz analizimizi bildirmək istərdik.Türkmənistan,Qazaxıstan,Azərbaycan və eləcədə onlara kənardan təsir edən qüvvələrin dəstəyi ilə Xəzərin dəniz kimi tələsik şəkildə tanınması, regionun gələcək taleyi ilə bağlı bir sıra suallar meydana gətirir.Ümumiyyətlə son sessiyada hər 3 dövlətin mövqeyinə nəzər yetirsək həmin ölkələrin “dəniz” statusu almasında vahid bir strategiya xəttinin olmamasını müşahidə edə bilərik. İran tərəfinin analizinə dair Türkmənistan və Qazaxıstanın mövcud siyasi dairələrinə uyğun olmayan siyasət olacaqdır.Qazaxıstanın Avrasiya İttifaqının üzvü olaraq Xəzərin “dəniz” statusunu dəstəkləməsi maraqlı məqamdır.Görünür, bu məsələ gələcəkdə Rusiya və Qazaxıstan arasında münaqişəyə səbəb olacaq. İran İslam Respublikası regiona daha çox sülh və təhlükəsizlik gətirməyə çalışırdı.İranın əsas məqsədi Xəzərə “göl” və yaxud “qapalı dəniz” statusu verməklə İran qüvvələrinin Xəzərə müdaxiləsinin qarşısını almaqdan ibarət idi.İranın Xəzər üzərində siyasətinin əsasını, münaqişənin dinc yolla həll edilməsi təşkil edir.

Azərbaycan
Azərbaycanın iqtisadiyyatının əsasını enerji ixracı təşkil edir.Bu bizim üçün çox önəmlidir.Azərbaycan Xəzər ətrafı dövlətlərin öz milli sektorlarındakı əldə etdiyi neft və qaz yataqlarını azad şəkildə istifadəyə təmin olunması tərəfdarıdır.

Türkmənistan
Siyasi sabitliyin nəzərə alınmasını istəyir.Türkmənistanın milli maraqlarını qorumaq istəyir.Xəzərin bölünməsində BMT-in konvensiyasını dəstəkləyir.Dostluq və siyasi əlaqələrə təsir etməməlidir.

İran
Xəzəri dəniz kimi tanınmasını qanunsuz hesab edir.Buna görə regionda enerji məsələlərinin həyata keçirilməsi qanunsuz olduğunu bildirir.Iran Islam Respublikası Xəzərin bölgüsünə,enerji resurlarınının işlənib hazırlanmasına və istifadəsinə dair layihə hazırlamışdır.Layihə 19 maddədən ibarətdir.
1.Maddə: Xəzər, onun ətrafı 5 ölkətərəfindən göl və yaxud qapalı dəniz kimi tanınır.
2.Maddə: Xəzər, onun ətrafı 5 ölkə arasında 20% bölgüyə əsasən bölünür.
3.Maddə: Sahilyanı dövlətlər 20% lik bölgüyə əsasən öz ərazilərinə düşən resurslardan müstəqil şəkildə yararlanirlar.
4.Maddə: Sahilyanı dövlətlərin sərhədləri əgər neft və qaz eləcədə digər resursların üzərinə düşürsə bu zaman həmin dövlətlər qarşılıqlı müqavilələr əsasında öz ərazilərinə düşən resurslardan müstəqil şəkildə istifadə edirlər.
5.Maddə: Hər bir sahilyani dövlət öz ərazisində kəşfiyyat işlərinin aparılmasında və resursların nəql edilməsində müstəqildirlər.
6.Maddə: Hər bir sahilyanı dövlət Xəzərdə öz enerji resurslarının təhlükəsizliyini təmin etmək hüququna malikdirlər.
7.Maddə: ABŞ və Avropa Birliyinin şirkətləri regionda Irana qarşı iqtisadi sanksiyalar götürüldükdən sonra iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.
8.Maddə: Hər bir sahilyanı dövlət öz ərazisində enerji resurslarının işlənib hazırlanmasında eləcə də nəql edilməsində xarici şirkətləri cəlb edə bilər.
9.Maddə: Xəzər 5 sahilyanı dövlətin ərazisində yerləsdiyi üçün burada kənar dövlətlərin siyasi fəaliyyəti hərbi birləşmələrinin yerləşdirilməməsi qadağa olunmuşdur. Neft ve qaz resurslarinin cixarilmasina sahilyani dovletler aiddir.
10.Maddə: Xarici dövlətlərin Xəzərdə iqtisadi fəaliyyəti yalnız fəaliyyət göstərəcəkləri dövlətlərlə bağladıqları müqavilə əsasında həyata keçirilir.
11.Maddə: Hər bir sahilyanı dövlət müqavilə bağladıqları kənar dövlətlərin öz iqtisadi maraqlarını qorumaq məqsədi ilə Xəzərdə hərbi birləşmələrinin yerləşdirilməməsinə dair zəmanət verir.
12.Maddə: Enerji resurslarının qorunmasında,habelə Xəzər ətrafı dövlətlərin şirkəti olmayan lakin Xəzərdə sahilyanı dövlətin ərazisində çalışan,neft və qaz resurslarının çıxarılmasında eləcədə digər layihələrin həyata keçirilməsində iştirak edən şirkətlərin təhlükəsizliyini yalnız sahilyanı dövlət həyata keçirir.
13.Xəzərdə hər bir sahilyanı dövlətin ərazisinin qorunmasında Xəzər hövzəsindən kənar dövlətlərin iştirak etməsi qadağandır.
14.Əgər Xəzər ətrafı dövlətlə öz ərazisində hərbi donanma cəhətdən təhlükəsizlik fəaliyyətini həyata keçirə bilmirsə, Xəzər ətrafı digər ölkələr həmin ölkənin təhlükəsizliyinin qorunmasında,həmin ölkənin suveren hüquqlarının qorunması çərçivəsində və həmin dövlətlə müqavilə bağlamaq şərti ilə iştirak edir.


Rusiya
Qazaxıstan 2011-ci ilde Avrasiya Ittifaqinin üzvü olmuşdur.Bundan sonra Qazaxıstanın daxili iqtisadiyyatı 15% artmışdır.2015-ci ildə Rusiyadan 13 milyard dollar gəlir əldə edib.Rusiyada 3.5milyon Qazaxıstan vətəndaşı yaşayır.Çoxu qeyri-leqal yaşayır və işləyir.Qazaxıstan bunları nəzərə almalıdır.Qazaxıstanın mövqeyi düzgün deyil.

Amerika
Rusiya və İran ancaq öz xeyirlərini güdürlər.Özlərində neft və qaz ehtiyatı olduğuna görə başqa kiçik dövlətlərə imkan yaratmırlar.

Çin
Çin Xalq Respublikası Xəzər Dənizindəki neft və qaz resurslarını Rusiya, İran,Azərbaycan, Qazağıstan və Türmənistan arasında eyni miqdarda bölünməsinin tərafdarıdır. Əlavə olaraq, indiki zamanda bu məsələdə Rusiya və Qazağıstan dövlətlərini dominant rol oynayan bir dövlətlər kimi qəbul edir. Bu ölkələr Çin üçün Xəzər Dənizi ilə əlaqə quran əsas tranzit ölkələrdir.

Azərbaycan
Rusiya və İranın fikirləri öz maraqları daxilindədir.Xəzərdə çıxarılan neft və qaz yataqlarının ən az hissəsinə malik olan Rusiya və İrandır.Qazaxıstan rəsmisi geri çəkilməsin-bizim“TANAP” layihəmizdən əlavə “Trans-Xəzər” boru kəmərimiz də vardır ki,bunun vasitəsi ilə həm Türkmənistan həm Qazaxıstan Rusiyadan əldə etdiyi gəlirin daha böyük bir hissəsini alaraq,öz iqtisadi inkişafını təmin edə bilər.Bizim inkişafımız Rusiya və İran tərəfindən deyil.Bizim inkişafımız müstəqil siyasət yeridərək Avropa və Amerikaya yaxın olaraq əlaqələr qurmaq və öz neft və qaz yataqlarımızı Türkiyə üzərindən Avropaya çatdırmaqdır.

Türkiyə
Rusiya öz xeyrinə görə dostlarını itirməyi gözə alır.Biz bu mövqedə Azərbaycanın tərəfindəyik..Rusiyaya qarşıyıq.

Qazaxıstan
Rusiya Avropanı özündən asılı edərək monopoliya yaratmaq istəyir.Hər kəs öz iqtisadiyyatını müəyyənləşdirərək hansı ölkələrlə münasibət qurduğunu özü təyin edir.

EU
Doesn’t support Russian attempt. Because, in the EU have also Russian minority.We will not support this Putin’s imperialistic politics. You destroy Ukraine,Georgia.We will not destroy Kazakhstan and other countries.


Türkmənistan
“Trans-Xəzər” layihəsi 1997-ci ildə gündəmə gətirilmişdir.Bu layihəyə görə “Trans-Xəzər” qaz kəməri vasitəsi ilə Türkmən qazı Xəzərin Azərbaycan sahillərindən keçərək Türkiyəyə, oradan da Avropaya çatmalıdır.Bu layihənin hələdə həyata keçirilməməsindəRusiya rol oynayır.Rusiya niyə lahiyəmizi gerçəkləşdirməyimizdə qarşımızda bir maneə kimi dayandığını bildirmək istəyirəm


Azərbaycan
İranın hazırladığı layihəyə baxaraq deyirəm ki, bu yalnız İranın maraqları üçündür.Etiraz edirik. Xəzərin artıq dəniz olaraq bölgüsü dövlətlər tərəfindən tanındı.”Trans-Xəzər” neft və qaz kəməri bizim üçün çox vacibdir.Xəzərin özümüzə aid olan hissəsindən resurslarımızın Avropaya çıxarılmasını təmin edəcəkdir.

Rusiya
Azərbaycandakı bütün neftlərin əsas hissəsi qərb dövlətlərinə aiddir.Azərbaycanın inkişafı balanslasdırılmış siyasətdədir.Azərbaycan Rusiya ilə sərhəddədir.Avropa ilə birləşsəniz, o sizi bufer zonu kimi işlədəcək.

Böyük Britaniya
Böyük Britaniyanin Xəzər dənizinə dair öz iqtisadi maraqları var.1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə əsasən Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında qəbul olunmuş qərar əsasında Xəzər dənizinin təbii sərvətlərinin istismarının bağlanmış müqavilələrlə tənzimlənməli olduğu mövqeyindən çıxış edirik.Neft və qazın çıxarılmasında BP-nin böyük rolu var.1997-ci ildən 2015-ci ilin ilk yarısına qədər“Azəri”,“Çıraq”,“Günəşli” yataqları üzrə ümumi hasilati BP tərəfindən 2.7 milyard barrel təşkil edir.

Azərbaycan
Xarici şirkətləri çıxarsaq illik gəlir ən azı 10 milyard azalır.

Rusiya
ABŞ və Türkiyə ditaturanı özləri yaradıb özləri də məhv edir.Azərbaycanın rəylərinə cavab olaraq bildirilir ki, Avropa ile yaxşı münasibətləriniz varsa, niyə azərbaycanlılar Avropaya gedib işləmir? 2 milyon azərbaycanlı qeyri-leqal olaraq Rusiyada yaşayır.Rusiya buna göz yumur.Buna baxmayaraq yenədə Rusiyanın sizə qarşı təhlükəli olduğunu deyirsiniz.

Türkiyə
Rusiyanın rəylərinə cavab olaraq: “Demək istəyirsinizki,Azərbaycana qoşun göndərəbilərsiniz.Biz Ekonomik cəhətdən Çini dəstəkləyirik.

Türkmənistan
“Azəri”, “Çıraq” və “Günəşli” yataqları Türkmənistan ərazisinə aiddir.Azərbaycanın mövqedən əl çəkməsini istəyirik.Azərbaycan bu mövqedən əl çəkmədiyi halda onu Avropa məhkəməsinə verə bilərik.Azərbaycan Kəpəz yataqlarında öz iddialarını irəli sürür. Lakin Kəpəz yataqları Türkmənistana aiddir.Azərbaycanın dərhal əl çəkməsini istəyirik




İran
Biz heç bir dovlətin iqtisadi siyasi hüquqlarına qarışmırıq.Layihənin növbəti hissəsi:
15.Əgər tranzit boru kəməri başqa dövlətin ərazisindən keçəcəksə yalnız qarşılıqlı razılaşma əsasında Xəzər ətrafı ölkələr tranzit boru kəmərlərinin çəkilməsini həyata keçirir.
16.Xəzər ətrafı ölkələr neft və qaz layihələrinin həyata keçirilməsi zamanı Xəzərin ekoloji mühitinin qorunub saxlanılmasınaxüsusi diqqət yetirirlər.
17.Xəzər ətrafı ölkələrin ticarət gəmiləri sərbəst şəkildə Xəzərdə üzürlər,lakin burada hər bir sahilyanı dövlətin qanunvericiliyi nəzərə alınır.
18.Xəzərdə layihədə yuxarıda göstərilən müddəalar nəzərə alınmaqla BMT-nin Dəniz haqında Konvensiyasının norma və prinsipləri yalnız sahilyanı dövlətlərin razılığı ilə tətbiq olunur.
19.Layihəyə sahilyanı dövlət yuxarıda göstərilən müddəaları nəzərə almaqla digər sahilyanı dövlətlərin razılığı ilə öz təkliflərini əlavə edir.


Qazaxıstan
Rusiyaya cavab olaraq bildirir ki,itirdiklərimizi,qazandıqlarımızı düşünüb bu addımı atmışıq.İran və Rusiya iqtisadi maraqlarını öz şəxsi ambisiyalarına çevirərək istifadə edirlər.

Amerika
Ən qısa zamanda Türkmənistan-Azərbaycan, Qazaxıstan-Azərbaycan boru kəmərini Türkiyəyə və Avropaya keçirməlidir.ABŞ və Türkiyə investisiyalara hazırdırlar


Çin
Çin Xəzər Dənizində iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu regionda əlavə qaz və neft kəmərlərini qurmağı təklif edir. Çin "Bir Kəmər Bir Yol" İpək Yolu proqramı haqqında vurğulamaq istəyərdi. Bu proqram Avraziyadan, Şimali Afrikadan və Okeaniyadan keçəcək. Bu Yolun bir kəməri Cənubi Qafqazdan, Xəzər dənizindən keçəcək. Qeyd etmək istəyərdim ki, bu ipək Yolu Çinin Xəzər Dənizi ilə bağlı əsas mövqeyi və məqsədidir.

Rusiya
Türkmənistanı dəstəkləyir.Azərbaycanla Türkmənistan arasında “Azəri”neft yatağı 50/50yə bölünməlidir.Gəlirlər konpensasiya şəklində bölünməlidir.İranla razılaşır.Donanması olmayan ölkələrə koalisiya təklif edirlər.Rusiya Qazaxıstana pis təsir edirsə,iqtisadi inkişafını ləngidirsə niyə onlar Rusiya ilə həm hərbi həm iqtisadi həm də gömrük ittifaqının üzvü olublar?

Azərbaycan
Türkmənistanın rəylərinə cavab olaraq bildirir ki,Azərbaycan,Türkmənistan və Xəzəryanı ölkələr sovet birliyi dövründə milli sektorlara bölünmüşdür.Sonra 1970-ci ildə“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının bizə aid olduğunu sizdə qəbul etmisiniz.1959-cu ildə “Kəpəz” yatağı azərbaycanlı geoloqlar tərəfindən kəşf olunmuşdur. 1966-1982ci illər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji institunun marağında olmusdur.”Əsrin müqaviləsi“ imzalandığı vaxt Türkmənistan qəbul etmiş və heç bir iddia ortaya atmamışdır.Azərbaycan və Türkmənistan sahil xətti arasında ən yaxın məsafə 195 kilometrdir.Ən uzaq məsafə isə 245 kilometrdir.Orta xətt prinsipi müəmmalı olduğu üçün 245 km olduğu bölgədə“Azəri”, “Çıraq”, “Günəşli” yatağı yerləşir.Kəpəz yatağını qəbul edə bilərik ki, orta xəttə düşür.Bu cür razılaşa bilərik.

Türkmənistan
Azərbaycanın rəylərinə cavab olaraq bildirir: “Onlar bilmirlərki SSRİ dağılıb,artıq müstəqil dövlətlər yaranıb.Kəpəz yatağının azərbaycanlı geoloqlar tərəfindən tapılmasi o dövlətə aid olduğunu bildirmir.Azərbaycan əl çəkməsə,Azərbaycanı Avropa məhkəməsinə verməklə hədələyirəm.İranın layihəsi perspektivli layihədir.Lakin bəzi müddəalar qaranlıq qaldı.Buna misal olaraq:Hərbi donanması zəif olanlara Rusiya və İran tərəfindən hərbi donanma kömək olunacaq.Bilmək istərdimki bu donanma Türkmənistanın milli maraqlarına nə dərəcədə təsiri olacaq?”.

İran
Türkmənistan tərəfinin layihə haqqında fikirlərini başa düşürük.Bildirdinizki ,Türkmənistan onun hərbi donanması olmamasına görə öz ərazisində başqa dövlətin təhlükəsizlik işlərini öz üzərinə götürməsində narahatdır.Burda yalnız İran,Rusiya nəzərdə tutulmayıb.Azərbaycan tərəfidə,Qazaxıstan tərəfidə olabilər.Həmin dövlət sizin suverenliyinizı nəzərə almaqla, neft və qaz resurslarını nəzərə alaraq iştirak edirlər.Mühafizə məsələsində də,yalnız kiçik ölçülü katerler iştirak edir.Krayzerler nəzərdə tutulmur.İran heç bir dövlətin suveren hüquqlarına qarışmır.

RESOLUTİON

Azərbaycan
Xəzəryanı dövlətlər öz milli sektorlarındakı təbii ehtiyatlardan azad şəkildə istədiyi tərəfdaş dövlət ilə birlikdə istismar edə bilər.
Iranın fikri:Azərbaycanın bu fikrinə hörmətlə yanaşırıq.Azərbaycan öz ərazisindəki enerji resurslarından istədiyi tərəfdaş dövlətlə o zaman istismar edəbilər ki,həmin dövlətlər əgər ABŞ və yaxud Avropa İttifaqının dövlətləridir. Bunlar ilk öncə İran və Rusiyaya qarşı iqtisadi sanksiyaları qaldırmalıdır.

EU: Support this idea

Böyük Britaniya
Biz xəzəryanı dövlət olmadığımız üçün bizim Xəzər dənizində yalnız iqtisadi maraqlarımız var.Azərbaycanın bu mövqeyi ilə razılaşırıq.Çünki, Böyük Britaniyanın BP şirkəti Xəzərin həm Azərbaycan sektorunda,həm də Qazaxıstana aid sektorunda bağladığı müqavile əsasında neft hasil edir.

Rusiya
20% bölünmə şərti ilə razı ola bilərik


Hazırladı: Səadət Qurbanova, Günel İsmayılzadə, Fərid Qurbanov.

No comments:

Post a Comment