Friday 11 December 2015

SNT4- Oil and Pipeline

Foreign Policy of Azerbaijan

10 December 2015

SNT4- Oil and Pipeline

Qazaxıstan
Tələb edirəm ki, Amerika, Türkiyə, Böyük Britaniya söhbətlərdən kənarda qalmasınlar öz fikirlərini bildirsinlər.

İran
Danışıqlara yeni qətnamə ilə gəlmişdir.Qətnamə dörd hissədən ibarətdir.
1-ci maddə: “Araz”, “Alov”, “Şərq” yatağı üzərində azad iqtisadi zona təklif edir.Azərbaycan və İran eksklüziv zonadan yararlanır.
2-cü maddə: Eksklüziv ekonomik zonaya ALBORZ (“Araz-Alov-Şərq) yatağından birgə istifadə daxildir.
3-cü maddə: “Araz-Alov-Şərq” yatağı üzərində olan resurslardan yalnız iki sahilyanı dövlət- Azərbaycan və İran istifadə edir.
4-cü maddə: 80% gəlir Azərbaycana,20% gəlir İrana düşür.
 Azərbaycan da razılaşarsa, Azərbaycan ilə sərhədlə bağlı məsələdə kompramisə gedə bilərik.

Azərbaycan
İranın təqdim etdiyi qətnaməyə fikir olaraq bildirib ki, “Araz-Alov-Şərq” yatağının istifadəsində Böyük Britaniyanın şirkətləri işləyir. Qəbul etsək, Böyük Britaniya ilə münasibətlərimiz pozula bilər.

İran
“Araz”, “Alov”, “Şərq” yatağı üzərində azad iqtisadi zona tətbiq etmək olar. Razıyıq ki, Böyük Britaniya və digər neft şirkəti gəlib birgə işləsinlər.Biz sadəcə istəyirik ki,iki dövlət arasında yerləşdiyi üçün iki dövlət də yararlansın.İqtisadi fəaliyyətlərin keçirilməsində dövlətlər müstəqildir.

EU
EU support İran’s proposal. Share AZOV oil field with Azerbaijan. Provided the delimitation between Absheron and Turkmenistan.50/50 “Kapaz” oil field. We the EU support peaceful decision between Azerbaijan and Turkmenistan without pressure of Russia. We stand with our allies. We are worried about Britain’s focus on their own interests however they are in EU and they have to look at this situation in big perspective-From European perspective.

Türkmənistan
Orta xətt müəyyən olduqda Abşeron yarımadasının hesab edilməməsinin nəzərdə tutulmasını istəyirik.Meridian xətti təxminən Qaradağ rayonundan keçir. “Kəpəz”, “Azəri”, “Çıraq”, “Günəşli” yatağı Türkmənistana düşür.Buna görə də orta xəttin Abşerondan deyil,Qaradağ rayonundan hesablanmasını istəyirik.

Böyük Britaniya
İqtisadiyyatın əsasını neft və qaz təşkil edir.BP şirkəti bilindiyi kimi Xəzərin yataqlarında neft hasilatında böyük paya sahibdir.Buna görə də Böyük Britaniya olaraq Xəzərin sektorlarındakı əldə olunan neft və qaz yataqlarının azad şəkildə istifadəyə verilməsinin tərəfdarıyıq.Hasil olunan neftin birgə istifadəsini təklif edirik.Böyük Britaniya ölkəsi olaraq Azərbaycan Respublikasına “Şahdəniz”, “Azəri”, “Çıraqlı” kimi  neft və qaz yataqlarına vəsait qoyaraq, Avropa çərçivəsində qaz və neft hasilatının genişlənməsini təklif edirik

Türkiyə
Resursların birgə istifadəsi tərəfdarıdır.

Rusiya
İqtisadi böhranı nəzərə alaraq,neft hasilatına limitin tətbiq olunmasını,birgə əməkdaşlıq edərək yeni neft yataqlarının araşdırılmasını,Avropa bazarından asılılığı aradan qaldırmaq məqsədi ilə,Rusiya və Çin Xalq Respublikası arasında planlaşdırılan yeni  neft idxalı lahiyələrinə qoşulmağı təklif edir.


Azərbaycan
Bütün geoloji tərəflərdən hesabladıqda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının Türkmənistana düşməsi mümkün deyil.Yalnız “Kəpəz” yatağı Türkmənistana düşəbilər.Bizdə bunun 50-50ə bölünməsi tərəfdarıyıq.

Türkmənistan
Azərbaycanla münasibətlərdə iqtisadi və dostluq əlaqələri vardır.Münaqişəylə “TANAP” layihəsinə müdaxilə olunur.Bunu Xəzərə addım olaraq görürük.

Böyük Britaniya
Bir neçə il öncə Azərbaycan “Araz-Alov-Şərq” yataqlarını işlətməyi BP-ə təklif etmişdir.Lakin İran buna maneələr törətdiyi üçün,bu iş baş tutmamışdır.İndi isə İran Respublikası bizə “Araz-Alov-Şərq” yataqlarının bölünməsini təklif edir.Biz bu təkliflə o zaman razılaşa bilərik ki,BP şirkətinin qaydalarına,iş prinsipinə heç bir kənar müdaxilə olmasın

Türkiyə
Xəzərdə xarici kompaniyalar işləsin….

Azərbaycan
Türkmənistanın sözlərinə cavab olaraq bildirib ki,paytaxtımız da Abşeron  yarımadasında yerləşir.Bildirmək istəyirik ki, Çeleken və Abşeron yarımadaları arasında yerləşən qaz yataqlarımız müəmmalıdır.Orta xətt prinsipinə görə “Azəri”, “Çıraq”, “Günəşli” bizə qalır.Orta xəttə düşən “Kəpəz” yatağı 50-50ə bölünməlidir.

İran
Təklif edərdik ki,Böyük Britaniya BP-nin “Araz-Alov-Şərq” yatağında gördüyü işlərlə bağlı məlumat verərdi.1998-ci ildə Böyük Britaniyanın “British Lasmo” və İranın Milli neft şirkəti “Royal Dutch/Shell” arasında Xəzərin cənubunda yerləşən neft resurslarının işlənilməsinə dair müqavilə imzalanılmışdır.

Çin
Türkiyənin səhfini düzəldib demək istəyirəm ki, Çinin İpək Yolunun bir kəməri Rusiyanın paytaxtından-Moskva şəhərindən keçir.

Türkmənistan
Azərbaycanın iddiasını qəbul etmirik.

Azərbaycan
Türkmənistana qarşı düşmənçilik siyasətimiz yoxdur. Abşeron və Çeleken yarımadaları arasında olan neft yataqları müəmmalıdır.Əsas problem Abşeron və Çeleken yarımadaları arasında olan məsafədədir.Oranın orta xətt prinsipi ilə bölünməsi tərəfdarıyıq.Biz bununla razilaşsaq belə xarici investisiyalar tərəfindən ağır tənqidə uğraya bilərik.Tək sizin yox,bizim də maraqlarımız var.


İranın təklifi
“Araz”, “Alov”, “Şərq” yatağı üzərində azad iqtisadi zona təklif edir.Azərbaycan və İran eksklüziv zonadan yararlanır.80% gəlir Azərbaycana 20% gəlir İrana düşür.


İranın bu təklifinə Türkiyə,Qazaxıstan,Türkmənistan,Böyük Britaniya,Çin,EU razı olmuşdur.

No comments:

Post a Comment