Tuesday, 8 December 2015

Bakıda keçirilən Sammitin növbəti iclası baş tutub

 Bakı, 8 dekabr, khazar2015summit.blogspot.com

Sammitin növbəti görüşünə dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən qəza ilə bağlı müzakirələr ilə başlanıb. Danışıqlara başlanılmazdan öncə hadisə zamanı dünyasını dəyişənlərin anısı 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Görüşdə, baş verən hadisə ilə əlaqədar Azərbaycanla həmsərhəd olan qonşu dövlətlər başsağlığı verib.

Azərbaycan tərəfi yanğının Rusiyanın təxribatı olması versiyasını irəli sürsə də, Rusiya tərəfi buna cavab olaraq təhlükəsizlik probleminin mövcud olduğunu açıqlayıb. Qazaxıstan Azərbaycana hər an yardıma hazır olduğunu bildirib. İran Xəzərdə daim sülhü dəstəkləyib, İranın maraq dairəsində dövlətlərarası əməkdaşlıqdır.

Görüşdə həmçinin Xəzərin statusu məsələsinə və bu kimi digər proseslərə də münasibətlər bildirilib. Görüşdə qeyd edilib ki, İran Xəzərdə 20 % bölgünün olmasını istəyir. Türkmənistan İranla həmfikir olduğunu bildirib. İştirakçılar Avropa və Amerikanın da mövqelərini ortaya qoyublar. Böyük Britanya nümayəndəsi: “Xəzər unikal dənizdir, orta xətt prinsipi əsasında bölünməlidir” – deyə qeyd edib. AB: Biz ərazinin iqtisadi zonasını dəstəkləyirik. ABŞ: “Orta xətt prinsipi ilə razıyıq”

Azərbaycan və Türkmənistan tərəfləri qeyd edib ki, müəmmalı orta xətt məsələsi və bəzi neft və qaz resursları Xəzərin hüquqi statusun müəyyən olmamasının əsas səbəbidir

Danışıqların sonunda Azərbaycan tərəfi bildirib ki, “Biz orta xətt prinsipinə riayət edərək aramızda olan Abşeron və Çələkən yarımadası əsas götürülsün. Kəpəz yatağı isə orta xəttə düşdüyünə görə iki ölkə arasında gələn gəlir ikiyə bölünə bilər lakin Azərbaycan tərəfinin Kəpəz yatağına qoyduğu investisiyanın hamısını ödədikləri təqdirdə”. Türkmənistan tərəfi isə bu təklif ilə razılaşmayıb.


XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova, Fərid Qurbanov



















No comments:

Post a Comment