Wednesday, 9 December 2015

Territorial Delimitation of Caspian Sea

Foreign Policy of Azerbaijan

8 December 2015

Territorial Delimitation of Caspian Sea

İran 
Azərbaycana baş sağlığı veririk "Günəşli" faciəsi ilə bağlı.Bu faciə hamını dərindən yaraladı. 

Azərbaycan 

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu platformasında borunun qırılması nəticəsində qaz sızıntısı baş vermişdir.Burada əsas səbəbləri araşdırırıq.  
Fikirləşirik ki, bu Rusiyanin işi ola bilər. Türkiyə ilə edilən son görüş Rusiyanı acıqlandıra bilər. 

Rusiya 
Azərbaycan təmsilçisinin sözlərinə cavab olaraq bildirib ki, bu platformada işləyənlər son 15 ildə heç bir təhlükəsizliklə təmin olunmayıb.

İran
Yenə tərəfləri təmkinli olmağa çağırırıq.Tərəflər öz aralarında dəqiqləşdirilməmis hadisələr haqqında çıxış etməsinlər.Biz düşünürük ki, bu məsələnin həll olunmasında tərəflər arasında kompramis olmalıdır. Bu facinənin qarşısını almaqda yardım etməyə hazırıq.İran istəyir ki, Xəzər bölgüsü aparılarkən 20% bölgü əsasında aparılsın. Biz tərəflərə bildiririk ki, bunu 20% bölgü əsasında aparıb ədalətli qərar verək.

Qazaxıstan
Azərbaycana baş sağlığı veririk.Yardım etməyə hazırıq. Xəzərin coğrafi mövqeyi mürəkkəb olduğundan orta xətt prinsipi unikal variantdır.

Türkmənistan
Düşünürük ki, Xəzər coğrafi mövqeyinə görə orta xətt prinsipi ilə bölünsün.

Azərbaycan
Biz Xəzərin bölünməsi dedikdə hava sahəsi, dəniz dərinliyi olaraq nəzərdə tuturuq.Xəzərin dibinin bölünməsinə dair sazişə görə Xəzərin dibinin 19.5 %-i Azərbaycanın payına düşür.

Böyük Britaniya
Xəzərin unikal dəniz olduğunu düşünürük.Xəzər dənizinin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi tərəfdarıyıq.Səth sularının bərabər hüquqlu istifadəsini təklif edirik.Dəniz hüququ üzrə 1982-ci il konvensiyasına görə, ərazi dənizinin eni 12 dəniz millindən artıq olmamalıdır.


EU
Support economic zone area. The EEZ’s area should starting from the coast extending to 200 nautical miles from the baselines of the territorial sea. the contiguous zone of 24 nautical miles from the baseline of the territorial waters. The continental shelf shall not exceed 350 nautical miles from the baselines of territorial sea at maximum or 100 nautical miles.

Amerika
Azərbaycan və Böyük Britaniya ilə razıyıq.Orta xətt prinsipi ilə razıyıq.

Rusiya
İran ilə razıdırlar.

Azərbaycan
Rusiyaya etiraz bildirir və qeyd edirik ki, bizim aramızda saziş var. Buna baxmayaraq Xəzərin bölgüsü 20%-ə əsaslanmalıdır deyirsiniz.

Rusiya
Azərbaycan-Rusiya arasındakı sazişə yenidən baxılmalıdır.

Iran
İran İslam Respublikası olaraq bildirmək istərdik ki, Azərbaycan, Rusiya və İran Xəzərin bölgüsünə dair ədalət istəyir. İran İslam Respublikası olaraq öz haqlarımızı müdafiə edirik.Azərbaycan öz səth mövqeyindən çəkilməlidir.İranın hal-hazırki bölgüsü ədalətsizdir.Bizə 13.8% ərazi düşür ,biz bunu ədalətsiz görürük.Biz Xəzərdə 20% bölgüyə əsasən “Araz”, ”Alov”, “Şərq” yatağının bizə aid olduğunu bildirmək istəyirik.Siz iki dövlətə aid olan yatağı ələ keçirmisiniz və özünüzə qarşı ədalət istəyirsiniz. Tərəflər arasında güzəşt olmalıdır.

Qazaxıstan
Türkmənistan da orta xətt prinsipinə maraqlıdır.Lakin orta xətt prinsipində Türkmənistan “Sərdar” yatağını itirdiyinə görə razılaşmır.

Türkmənistan
Qazaxıstana təmsilçisinin sözlərinə cavab olaraq bildirib ki, Qazaxıstanın xarici siyasəti yanlışdır.Azərbaycan  Abşerondan Türkmənistanın quru sərhəddinə qədər  olan hissəsini özüne qəbul etmək istəyir və bu Türkmənistana edilən yanlışdır.

Azərbaycan
Bizdə hal-hazırda orta xəttin haraya düşdüyü naməlum qalmışdır.Türkmənistanla olan ən yaxın məsafə 195 kilometrdir. “Kəpəz” yatağı müəmmalıdır.Orta xəttə düşür təsdiqləyirik. Rusiya, İran, Türkmənistan birləşərək Azərbaycana blokada yarada bilməz.Qarşıda olan layihələrimiz var. Bunları təhlükə altına atmamağı bildirirəm.

İran
Əməkdaşlığa nail olmaqla regionda istənilən münaqişənin qarşısını ala bilərik.Azərbaycana bildiririk ki, “Araz” , “Alov”, “Şərq” yatağının bizim ərazimizə düşən hissəsinin 20% bölgü əsasında bölüşdürülməsinin tərəfdarıyıq. Bu məsələ hər bir ölkənin qanunvericiliyi ilə tənzimləndikdən sonra həyata keçirilə bilər.

Türkmənistan
Xəzərin bugünki statusu bəlli olmamışdır.”Kəpəz” yatağının tam şəkildə bizim əraziyə düşdüyünü iddia edirik.

Böyük Britaniya

İrana orta xətt prinsipi sərf etmir. Çünki,İrana 13.8% pay düşür və bu pay Xəzərin ən dərin hissəsi olduğu üçün burada neft ehtiyatları azdır.İran Azərbaycan və Qazaxıstan neftinin öz ərazisindən keçməklə Ərəbistan dənizinə və İran körfəzinə çıxarılmasında maraqlıdır.Bu iqtisadi cəhətdən səmərəli olsa da,Amerika ilə olan münasibətlər buna imkan vermədiyindən Azərbaycan və Qazaxıstana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir. İran yalnız öz çıxarlı üçün çalışdığıdan onun fikri ilə razılaşmırıq.

Tuesday, 8 December 2015

The next meeting of the summit on the legal status of Caspian sea was held in Baku

Baku, December 3, khazar2015summit.blogspot.com



The next summit took place in Baku was around the following subject: "oil and gas sectors in the Caspian Sea and belts". Representatives of the sides clarified the issue through discussions.


They also discussed Russia's attitude towards this issue.


The Russian side: if Kazakhstan support the European Union in negotiation on the legal status of Caspian Sea, then why join Eurasian Union. Russia also in favor of distribution of "Azeri-Chirag-Guneshli" between Azerbaijan and Turkmenistan.


Turkey's representative: “The countries who partner with Russia have always lost. We support the position of Azerbaijan” – he added.
Representative of Iran: “every country is sovereign and should take advantage of this right."


Following the summit Turkmen representative said: We are based on the UN Convention for the division of the Caspian Sea.


Finally, the Kazakh official made speech: “before joining this process we take into account that what we will get and what we will lose. Russia and Iran to protect its interests” – he concluded.



The group of journalists had been sent to the CASPIAN SUMMIT 2015: Javid Babayev, Asaf Sayadli, Sahib Hajizada, Elsavar Baghirov, Surayya Abbasova, Farid Gurbanov.

Bakıda keçirilən Sammitin növbəti iclası baş tutub

 Bakı, 8 dekabr, khazar2015summit.blogspot.com

Sammitin növbəti görüşünə dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında baş verən qəza ilə bağlı müzakirələr ilə başlanıb. Danışıqlara başlanılmazdan öncə hadisə zamanı dünyasını dəyişənlərin anısı 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Görüşdə, baş verən hadisə ilə əlaqədar Azərbaycanla həmsərhəd olan qonşu dövlətlər başsağlığı verib.

Azərbaycan tərəfi yanğının Rusiyanın təxribatı olması versiyasını irəli sürsə də, Rusiya tərəfi buna cavab olaraq təhlükəsizlik probleminin mövcud olduğunu açıqlayıb. Qazaxıstan Azərbaycana hər an yardıma hazır olduğunu bildirib. İran Xəzərdə daim sülhü dəstəkləyib, İranın maraq dairəsində dövlətlərarası əməkdaşlıqdır.

Görüşdə həmçinin Xəzərin statusu məsələsinə və bu kimi digər proseslərə də münasibətlər bildirilib. Görüşdə qeyd edilib ki, İran Xəzərdə 20 % bölgünün olmasını istəyir. Türkmənistan İranla həmfikir olduğunu bildirib. İştirakçılar Avropa və Amerikanın da mövqelərini ortaya qoyublar. Böyük Britanya nümayəndəsi: “Xəzər unikal dənizdir, orta xətt prinsipi əsasında bölünməlidir” – deyə qeyd edib. AB: Biz ərazinin iqtisadi zonasını dəstəkləyirik. ABŞ: “Orta xətt prinsipi ilə razıyıq”

Azərbaycan və Türkmənistan tərəfləri qeyd edib ki, müəmmalı orta xətt məsələsi və bəzi neft və qaz resursları Xəzərin hüquqi statusun müəyyən olmamasının əsas səbəbidir

Danışıqların sonunda Azərbaycan tərəfi bildirib ki, “Biz orta xətt prinsipinə riayət edərək aramızda olan Abşeron və Çələkən yarımadası əsas götürülsün. Kəpəz yatağı isə orta xəttə düşdüyünə görə iki ölkə arasında gələn gəlir ikiyə bölünə bilər lakin Azərbaycan tərəfinin Kəpəz yatağına qoyduğu investisiyanın hamısını ödədikləri təqdirdə”. Türkmənistan tərəfi isə bu təklif ilə razılaşmayıb.


XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova, Fərid Qurbanov



















Friday, 4 December 2015

Oil and Pipeline

Foreign Policy of Azerbaijan

3 December 2015

SNT 3 Oil and Pipeline


İran
İran İslam Respublikası olaraq ilk öncə Xəzərin qanunsuz şəkildə dəniz kimi tanınmasından sonra mövcud vəziyyətə dair öz analizimizi bildirmək istərdik.Türkmənistan,Qazaxıstan,Azərbaycan və eləcədə onlara kənardan təsir edən qüvvələrin dəstəyi ilə Xəzərin dəniz kimi tələsik şəkildə tanınması, regionun gələcək taleyi ilə bağlı bir sıra suallar meydana gətirir.Ümumiyyətlə son sessiyada hər 3 dövlətin mövqeyinə nəzər yetirsək həmin ölkələrin “dəniz” statusu almasında vahid bir strategiya xəttinin olmamasını müşahidə edə bilərik. İran tərəfinin analizinə dair Türkmənistan və Qazaxıstanın mövcud siyasi dairələrinə uyğun olmayan siyasət olacaqdır.Qazaxıstanın Avrasiya İttifaqının üzvü olaraq Xəzərin “dəniz” statusunu dəstəkləməsi maraqlı məqamdır.Görünür, bu məsələ gələcəkdə Rusiya və Qazaxıstan arasında münaqişəyə səbəb olacaq. İran İslam Respublikası regiona daha çox sülh və təhlükəsizlik gətirməyə çalışırdı.İranın əsas məqsədi Xəzərə “göl” və yaxud “qapalı dəniz” statusu verməklə İran qüvvələrinin Xəzərə müdaxiləsinin qarşısını almaqdan ibarət idi.İranın Xəzər üzərində siyasətinin əsasını, münaqişənin dinc yolla həll edilməsi təşkil edir.

Azərbaycan
Azərbaycanın iqtisadiyyatının əsasını enerji ixracı təşkil edir.Bu bizim üçün çox önəmlidir.Azərbaycan Xəzər ətrafı dövlətlərin öz milli sektorlarındakı əldə etdiyi neft və qaz yataqlarını azad şəkildə istifadəyə təmin olunması tərəfdarıdır.

Türkmənistan
Siyasi sabitliyin nəzərə alınmasını istəyir.Türkmənistanın milli maraqlarını qorumaq istəyir.Xəzərin bölünməsində BMT-in konvensiyasını dəstəkləyir.Dostluq və siyasi əlaqələrə təsir etməməlidir.

İran
Xəzəri dəniz kimi tanınmasını qanunsuz hesab edir.Buna görə regionda enerji məsələlərinin həyata keçirilməsi qanunsuz olduğunu bildirir.Iran Islam Respublikası Xəzərin bölgüsünə,enerji resurlarınının işlənib hazırlanmasına və istifadəsinə dair layihə hazırlamışdır.Layihə 19 maddədən ibarətdir.
1.Maddə: Xəzər, onun ətrafı 5 ölkətərəfindən göl və yaxud qapalı dəniz kimi tanınır.
2.Maddə: Xəzər, onun ətrafı 5 ölkə arasında 20% bölgüyə əsasən bölünür.
3.Maddə: Sahilyanı dövlətlər 20% lik bölgüyə əsasən öz ərazilərinə düşən resurslardan müstəqil şəkildə yararlanirlar.
4.Maddə: Sahilyanı dövlətlərin sərhədləri əgər neft və qaz eləcədə digər resursların üzərinə düşürsə bu zaman həmin dövlətlər qarşılıqlı müqavilələr əsasında öz ərazilərinə düşən resurslardan müstəqil şəkildə istifadə edirlər.
5.Maddə: Hər bir sahilyani dövlət öz ərazisində kəşfiyyat işlərinin aparılmasında və resursların nəql edilməsində müstəqildirlər.
6.Maddə: Hər bir sahilyanı dövlət Xəzərdə öz enerji resurslarının təhlükəsizliyini təmin etmək hüququna malikdirlər.
7.Maddə: ABŞ və Avropa Birliyinin şirkətləri regionda Irana qarşı iqtisadi sanksiyalar götürüldükdən sonra iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.
8.Maddə: Hər bir sahilyanı dövlət öz ərazisində enerji resurslarının işlənib hazırlanmasında eləcə də nəql edilməsində xarici şirkətləri cəlb edə bilər.
9.Maddə: Xəzər 5 sahilyanı dövlətin ərazisində yerləsdiyi üçün burada kənar dövlətlərin siyasi fəaliyyəti hərbi birləşmələrinin yerləşdirilməməsi qadağa olunmuşdur. Neft ve qaz resurslarinin cixarilmasina sahilyani dovletler aiddir.
10.Maddə: Xarici dövlətlərin Xəzərdə iqtisadi fəaliyyəti yalnız fəaliyyət göstərəcəkləri dövlətlərlə bağladıqları müqavilə əsasında həyata keçirilir.
11.Maddə: Hər bir sahilyanı dövlət müqavilə bağladıqları kənar dövlətlərin öz iqtisadi maraqlarını qorumaq məqsədi ilə Xəzərdə hərbi birləşmələrinin yerləşdirilməməsinə dair zəmanət verir.
12.Maddə: Enerji resurslarının qorunmasında,habelə Xəzər ətrafı dövlətlərin şirkəti olmayan lakin Xəzərdə sahilyanı dövlətin ərazisində çalışan,neft və qaz resurslarının çıxarılmasında eləcədə digər layihələrin həyata keçirilməsində iştirak edən şirkətlərin təhlükəsizliyini yalnız sahilyanı dövlət həyata keçirir.
13.Xəzərdə hər bir sahilyanı dövlətin ərazisinin qorunmasında Xəzər hövzəsindən kənar dövlətlərin iştirak etməsi qadağandır.
14.Əgər Xəzər ətrafı dövlətlə öz ərazisində hərbi donanma cəhətdən təhlükəsizlik fəaliyyətini həyata keçirə bilmirsə, Xəzər ətrafı digər ölkələr həmin ölkənin təhlükəsizliyinin qorunmasında,həmin ölkənin suveren hüquqlarının qorunması çərçivəsində və həmin dövlətlə müqavilə bağlamaq şərti ilə iştirak edir.


Rusiya
Qazaxıstan 2011-ci ilde Avrasiya Ittifaqinin üzvü olmuşdur.Bundan sonra Qazaxıstanın daxili iqtisadiyyatı 15% artmışdır.2015-ci ildə Rusiyadan 13 milyard dollar gəlir əldə edib.Rusiyada 3.5milyon Qazaxıstan vətəndaşı yaşayır.Çoxu qeyri-leqal yaşayır və işləyir.Qazaxıstan bunları nəzərə almalıdır.Qazaxıstanın mövqeyi düzgün deyil.

Amerika
Rusiya və İran ancaq öz xeyirlərini güdürlər.Özlərində neft və qaz ehtiyatı olduğuna görə başqa kiçik dövlətlərə imkan yaratmırlar.

Çin
Çin Xalq Respublikası Xəzər Dənizindəki neft və qaz resurslarını Rusiya, İran,Azərbaycan, Qazağıstan və Türmənistan arasında eyni miqdarda bölünməsinin tərafdarıdır. Əlavə olaraq, indiki zamanda bu məsələdə Rusiya və Qazağıstan dövlətlərini dominant rol oynayan bir dövlətlər kimi qəbul edir. Bu ölkələr Çin üçün Xəzər Dənizi ilə əlaqə quran əsas tranzit ölkələrdir.

Azərbaycan
Rusiya və İranın fikirləri öz maraqları daxilindədir.Xəzərdə çıxarılan neft və qaz yataqlarının ən az hissəsinə malik olan Rusiya və İrandır.Qazaxıstan rəsmisi geri çəkilməsin-bizim“TANAP” layihəmizdən əlavə “Trans-Xəzər” boru kəmərimiz də vardır ki,bunun vasitəsi ilə həm Türkmənistan həm Qazaxıstan Rusiyadan əldə etdiyi gəlirin daha böyük bir hissəsini alaraq,öz iqtisadi inkişafını təmin edə bilər.Bizim inkişafımız Rusiya və İran tərəfindən deyil.Bizim inkişafımız müstəqil siyasət yeridərək Avropa və Amerikaya yaxın olaraq əlaqələr qurmaq və öz neft və qaz yataqlarımızı Türkiyə üzərindən Avropaya çatdırmaqdır.

Türkiyə
Rusiya öz xeyrinə görə dostlarını itirməyi gözə alır.Biz bu mövqedə Azərbaycanın tərəfindəyik..Rusiyaya qarşıyıq.

Qazaxıstan
Rusiya Avropanı özündən asılı edərək monopoliya yaratmaq istəyir.Hər kəs öz iqtisadiyyatını müəyyənləşdirərək hansı ölkələrlə münasibət qurduğunu özü təyin edir.

EU
Doesn’t support Russian attempt. Because, in the EU have also Russian minority.We will not support this Putin’s imperialistic politics. You destroy Ukraine,Georgia.We will not destroy Kazakhstan and other countries.


Türkmənistan
“Trans-Xəzər” layihəsi 1997-ci ildə gündəmə gətirilmişdir.Bu layihəyə görə “Trans-Xəzər” qaz kəməri vasitəsi ilə Türkmən qazı Xəzərin Azərbaycan sahillərindən keçərək Türkiyəyə, oradan da Avropaya çatmalıdır.Bu layihənin hələdə həyata keçirilməməsindəRusiya rol oynayır.Rusiya niyə lahiyəmizi gerçəkləşdirməyimizdə qarşımızda bir maneə kimi dayandığını bildirmək istəyirəm


Azərbaycan
İranın hazırladığı layihəyə baxaraq deyirəm ki, bu yalnız İranın maraqları üçündür.Etiraz edirik. Xəzərin artıq dəniz olaraq bölgüsü dövlətlər tərəfindən tanındı.”Trans-Xəzər” neft və qaz kəməri bizim üçün çox vacibdir.Xəzərin özümüzə aid olan hissəsindən resurslarımızın Avropaya çıxarılmasını təmin edəcəkdir.

Rusiya
Azərbaycandakı bütün neftlərin əsas hissəsi qərb dövlətlərinə aiddir.Azərbaycanın inkişafı balanslasdırılmış siyasətdədir.Azərbaycan Rusiya ilə sərhəddədir.Avropa ilə birləşsəniz, o sizi bufer zonu kimi işlədəcək.

Böyük Britaniya
Böyük Britaniyanin Xəzər dənizinə dair öz iqtisadi maraqları var.1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə əsasən Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında qəbul olunmuş qərar əsasında Xəzər dənizinin təbii sərvətlərinin istismarının bağlanmış müqavilələrlə tənzimlənməli olduğu mövqeyindən çıxış edirik.Neft və qazın çıxarılmasında BP-nin böyük rolu var.1997-ci ildən 2015-ci ilin ilk yarısına qədər“Azəri”,“Çıraq”,“Günəşli” yataqları üzrə ümumi hasilati BP tərəfindən 2.7 milyard barrel təşkil edir.

Azərbaycan
Xarici şirkətləri çıxarsaq illik gəlir ən azı 10 milyard azalır.

Rusiya
ABŞ və Türkiyə ditaturanı özləri yaradıb özləri də məhv edir.Azərbaycanın rəylərinə cavab olaraq bildirilir ki, Avropa ile yaxşı münasibətləriniz varsa, niyə azərbaycanlılar Avropaya gedib işləmir? 2 milyon azərbaycanlı qeyri-leqal olaraq Rusiyada yaşayır.Rusiya buna göz yumur.Buna baxmayaraq yenədə Rusiyanın sizə qarşı təhlükəli olduğunu deyirsiniz.

Türkiyə
Rusiyanın rəylərinə cavab olaraq: “Demək istəyirsinizki,Azərbaycana qoşun göndərəbilərsiniz.Biz Ekonomik cəhətdən Çini dəstəkləyirik.

Türkmənistan
“Azəri”, “Çıraq” və “Günəşli” yataqları Türkmənistan ərazisinə aiddir.Azərbaycanın mövqedən əl çəkməsini istəyirik.Azərbaycan bu mövqedən əl çəkmədiyi halda onu Avropa məhkəməsinə verə bilərik.Azərbaycan Kəpəz yataqlarında öz iddialarını irəli sürür. Lakin Kəpəz yataqları Türkmənistana aiddir.Azərbaycanın dərhal əl çəkməsini istəyirik




İran
Biz heç bir dovlətin iqtisadi siyasi hüquqlarına qarışmırıq.Layihənin növbəti hissəsi:
15.Əgər tranzit boru kəməri başqa dövlətin ərazisindən keçəcəksə yalnız qarşılıqlı razılaşma əsasında Xəzər ətrafı ölkələr tranzit boru kəmərlərinin çəkilməsini həyata keçirir.
16.Xəzər ətrafı ölkələr neft və qaz layihələrinin həyata keçirilməsi zamanı Xəzərin ekoloji mühitinin qorunub saxlanılmasınaxüsusi diqqət yetirirlər.
17.Xəzər ətrafı ölkələrin ticarət gəmiləri sərbəst şəkildə Xəzərdə üzürlər,lakin burada hər bir sahilyanı dövlətin qanunvericiliyi nəzərə alınır.
18.Xəzərdə layihədə yuxarıda göstərilən müddəalar nəzərə alınmaqla BMT-nin Dəniz haqında Konvensiyasının norma və prinsipləri yalnız sahilyanı dövlətlərin razılığı ilə tətbiq olunur.
19.Layihəyə sahilyanı dövlət yuxarıda göstərilən müddəaları nəzərə almaqla digər sahilyanı dövlətlərin razılığı ilə öz təkliflərini əlavə edir.


Qazaxıstan
Rusiyaya cavab olaraq bildirir ki,itirdiklərimizi,qazandıqlarımızı düşünüb bu addımı atmışıq.İran və Rusiya iqtisadi maraqlarını öz şəxsi ambisiyalarına çevirərək istifadə edirlər.

Amerika
Ən qısa zamanda Türkmənistan-Azərbaycan, Qazaxıstan-Azərbaycan boru kəmərini Türkiyəyə və Avropaya keçirməlidir.ABŞ və Türkiyə investisiyalara hazırdırlar


Çin
Çin Xəzər Dənizində iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu regionda əlavə qaz və neft kəmərlərini qurmağı təklif edir. Çin "Bir Kəmər Bir Yol" İpək Yolu proqramı haqqında vurğulamaq istəyərdi. Bu proqram Avraziyadan, Şimali Afrikadan və Okeaniyadan keçəcək. Bu Yolun bir kəməri Cənubi Qafqazdan, Xəzər dənizindən keçəcək. Qeyd etmək istəyərdim ki, bu ipək Yolu Çinin Xəzər Dənizi ilə bağlı əsas mövqeyi və məqsədidir.

Rusiya
Türkmənistanı dəstəkləyir.Azərbaycanla Türkmənistan arasında “Azəri”neft yatağı 50/50yə bölünməlidir.Gəlirlər konpensasiya şəklində bölünməlidir.İranla razılaşır.Donanması olmayan ölkələrə koalisiya təklif edirlər.Rusiya Qazaxıstana pis təsir edirsə,iqtisadi inkişafını ləngidirsə niyə onlar Rusiya ilə həm hərbi həm iqtisadi həm də gömrük ittifaqının üzvü olublar?

Azərbaycan
Türkmənistanın rəylərinə cavab olaraq bildirir ki,Azərbaycan,Türkmənistan və Xəzəryanı ölkələr sovet birliyi dövründə milli sektorlara bölünmüşdür.Sonra 1970-ci ildə“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının bizə aid olduğunu sizdə qəbul etmisiniz.1959-cu ildə “Kəpəz” yatağı azərbaycanlı geoloqlar tərəfindən kəşf olunmuşdur. 1966-1982ci illər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji institunun marağında olmusdur.”Əsrin müqaviləsi“ imzalandığı vaxt Türkmənistan qəbul etmiş və heç bir iddia ortaya atmamışdır.Azərbaycan və Türkmənistan sahil xətti arasında ən yaxın məsafə 195 kilometrdir.Ən uzaq məsafə isə 245 kilometrdir.Orta xətt prinsipi müəmmalı olduğu üçün 245 km olduğu bölgədə“Azəri”, “Çıraq”, “Günəşli” yatağı yerləşir.Kəpəz yatağını qəbul edə bilərik ki, orta xəttə düşür.Bu cür razılaşa bilərik.

Türkmənistan
Azərbaycanın rəylərinə cavab olaraq bildirir: “Onlar bilmirlərki SSRİ dağılıb,artıq müstəqil dövlətlər yaranıb.Kəpəz yatağının azərbaycanlı geoloqlar tərəfindən tapılmasi o dövlətə aid olduğunu bildirmir.Azərbaycan əl çəkməsə,Azərbaycanı Avropa məhkəməsinə verməklə hədələyirəm.İranın layihəsi perspektivli layihədir.Lakin bəzi müddəalar qaranlıq qaldı.Buna misal olaraq:Hərbi donanması zəif olanlara Rusiya və İran tərəfindən hərbi donanma kömək olunacaq.Bilmək istərdimki bu donanma Türkmənistanın milli maraqlarına nə dərəcədə təsiri olacaq?”.

İran
Türkmənistan tərəfinin layihə haqqında fikirlərini başa düşürük.Bildirdinizki ,Türkmənistan onun hərbi donanması olmamasına görə öz ərazisində başqa dövlətin təhlükəsizlik işlərini öz üzərinə götürməsində narahatdır.Burda yalnız İran,Rusiya nəzərdə tutulmayıb.Azərbaycan tərəfidə,Qazaxıstan tərəfidə olabilər.Həmin dövlət sizin suverenliyinizı nəzərə almaqla, neft və qaz resurslarını nəzərə alaraq iştirak edirlər.Mühafizə məsələsində də,yalnız kiçik ölçülü katerler iştirak edir.Krayzerler nəzərdə tutulmur.İran heç bir dövlətin suveren hüquqlarına qarışmır.

RESOLUTİON

Azərbaycan
Xəzəryanı dövlətlər öz milli sektorlarındakı təbii ehtiyatlardan azad şəkildə istədiyi tərəfdaş dövlət ilə birlikdə istismar edə bilər.
Iranın fikri:Azərbaycanın bu fikrinə hörmətlə yanaşırıq.Azərbaycan öz ərazisindəki enerji resurslarından istədiyi tərəfdaş dövlətlə o zaman istismar edəbilər ki,həmin dövlətlər əgər ABŞ və yaxud Avropa İttifaqının dövlətləridir. Bunlar ilk öncə İran və Rusiyaya qarşı iqtisadi sanksiyaları qaldırmalıdır.

EU: Support this idea

Böyük Britaniya
Biz xəzəryanı dövlət olmadığımız üçün bizim Xəzər dənizində yalnız iqtisadi maraqlarımız var.Azərbaycanın bu mövqeyi ilə razılaşırıq.Çünki, Böyük Britaniyanın BP şirkəti Xəzərin həm Azərbaycan sektorunda,həm də Qazaxıstana aid sektorunda bağladığı müqavile əsasında neft hasil edir.

Rusiya
20% bölünmə şərti ilə razı ola bilərik


Hazırladı: Səadət Qurbanova, Günel İsmayılzadə, Fərid Qurbanov.

Thursday, 3 December 2015

Discussions on the legal status of the Caspian sea has started today

Baku, 1 december, khazar2015summit.blogspot.com

The summit of defining the legal status of Caspian sea was held in Baku. The main goal of the summit is preparing convention about the legal status of Caspian sea by the Caspian littoral states. Participants from USA, China, GB, Kazakhstan, Turkmenistan, Russia and Azerbaijan attended the seminar. 

There were two main topics of today’s summit: The process of demarcation of Caspian sea and security issues in the Caspian Sea.


First of all the sides discussed about the name of Caspian sea: lake or sea? During the talks, representatives from Turkmenistan and Iran stressed the importance of the recognition of the Caspian Sea as a lake, while the EU and US representatives were in favor of the name of the Caspian Sea. Russian officials said at the summit that recognition of the Caspian sea as a lake is important for security in the region. Thus, the recognition of Caspian as a sea, make a legal basis for the intervention of another country on the Caspian Sea. It is not good for the security of this region. Officials from China said that Caspian is a sea. Azerbaijan’s officials also said that Caspian as an international sea, and they support investments, expressed here. The representative of Kazakhstan also supported the position of Azerbaijan and noted: "If we give the status of the Caspian sea, the future investment by western companies in the basin can be called into question. According to the summit on dividing the Caspian Sea, The Caspian sea is advisable with the principle of separation of the middle line. Till resolving the status of Caspian, there would be conditions of using national resources by the Caspian littoral states. The process of using ballistic missiles by Russia out of the Caspian also has been the subject of discussion. Position of Russia according to this: "We do not have air strikes in support of Bashar al-Assad, it is for preventing terrorism. At the end of the meeting in connection with the name of Caspian, there was a voting. The result of the first vote: Caspian was adopted as an unlikal sea. The next meeting about the legal status of the Caspian sea will be at the 2nd Summit on December 3.



The group of journalists had been sent to the CASPIAN SUMMIT 2015: Javid Babayev, Asaf Sayadli, Sahib Hajizada, Elsavar Baghirov, Surayya Abbasova, Farid Gurbanov

Xəzərin leqal statusu ilə bağlı Bakıda keçirilən Sammitin növbəti iclası baş tutub


Bakıda baş tutan Sammitin 2 – ci iclasının mövzusu “Xəzər dənizində Neft və qaz yataqları və kəmərlər” mövzusu ətrafında olub. Nümayəndələr dövlətlərin mövqeləri ətrafında geniş müzakirələr apararaq mövzuya aydınlıq gətiriblər.

Görüşdə Rusiyanın bu məsələ ilə bağlı fikirlərinə münasibət bildirilib.
Rusiya tərəfi: “Qazaxıstan əgər Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda Avropa İttifaqını dəstəkləyirsə, o zaman niyə Avrasiya İttifaqına qoşulub?” deyə bildirib. Rusiya həmçinin “Azəri-Çıraq-Günəşli”nin Azərbaycan və Türkmənistan arasında bölüşdürülməsinin tərəfdarıdır.

Azərbaycan rəsmisi Rusiya tərəfinin çıxışna əlavə edərək bildirib ki: “ Azəri-Çıraq-Günəşli” Azərbaycan ərazisi hesab edilməlidir. Azərbaycan iqtisadiyyatının əsasını enerji təşkil edir. Biz resursların azad istifadəsinin tərəfdarıyıq. Transxəzər neft və qaz kəmərləri bizim üçün çox əhəmiyyətlidir”.  

Türkiyə nümayəndəsi: “Rusiya ilə tərəfdaşlıq edən ölkələr daim uduzub. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik” – deyə əlavə edib. 

Daha sonra İran tərəfi qeyd edib ki: “Hər bir ölkə suverendir və bu hüququndan istifadə etməlidir”.  

Sammitin davamında Türkmənistan tərəfi sərt şəkildə bildirib ki: “ Biz Xəzərin bölünməsi üçün BMT-nin konvensiyasına əsaslanırıq”.  

Son olaraq çıxış edən Qazaxıstan rəsmisi: “Bu prosesə qoşulmazdan əvvəl biz itirəcəklərimiz və qazanacaqlarımızı nəzərə almışıq. Burda Rusiya və İran öz maraqlarını qoruyur” - deyə fikrini tamamlayıb.



XƏZƏR 2015 SAMMİTİNƏ ezam olunmuş Jurnalist Qrupu: Cavid Babayev, Asəf Sayadlı, Sahib Hacızadə, Elsever Bağırov, Surayyə Abbasova, Fərid Qurbanov


 

 

    
 
 

Wednesday, 2 December 2015

Xəzərin demokrasiyası (bölünməsi) məsələsi ilə bağlı danışıqların məzmunu

Foreign Policy of Azerbaijan

Simulation

1 December 2015
SNT 2

Xəzərin demokrasiyasi (bölünməsi)

Iran
Hesab edir ki, Xəzərin gələcək statusu tanınacaqsa onun “göl” statusu adı altında tanınmasıdır.Əsas mövqeyi ondan ibarətdir ki, Xəzər göl kimi tanınsın
Türkmənistan
Mövqeyi: Xəzər göl kimi tanınmalıdır fikrinə inamla razılaşırlar.Xəzəryanı olmayan dövlətlərdə boru kəməri olmayan ölkələrdə istifadə edəbilərlər.

EU
Support  idea that has been for Caspian is not a lake. Because they have no outlet to the sea.We support peaceful decision  in this process and stand with our alise both military and economic partners. We stand partnera alise America Turkey on this proposal.

Iran
Xəzərin bölünməsində kənar qüvvələrin iştirakını istəmir.Xəzərin resurslarından birgə istifadə təklif edir.

Qazaxıstan
Xəzərin resurslarından birgə istifadə təklifini edirlər.Kənar resurslardan bölünür.Xəzərin hərbi deyil iqtisadi sahədə təkmilləşdirilməsi tərəfdarıdırlar.Rusiyanın hərbi əməliyyat keçirtmək təklifini rəd edir.Xarici investisorların Xəzərə olan marağının azalması Rusiyanin hərbi cəhətdən istifadəsinin qarşısını alır.

Amerika
Avropa birliyinin fikri ilə üst-üstə düşür.Xəzər dənizdir.Rusiyanın hərbi tərəfdən yanaşmasına razı deyil.Fikirleri calışıb sülh yolu ilə həll etməkdir.Xəzərin göl yox dəniz kimi deyilməsi ilə razıdır.

Böyük Britaniya
Böyük Britaniya təklif edir ki, Xəzərin resursları birgə istifadə edilsin.Xəzər dənizi regionunun Rusiyanin maraq və təsir dairəsindən çıxmasını dəstəkləyir.Xəzərin əsas sərvəti neft və qazdır.Böyük Britaniyanin BP şirkəti Xəzərin həm Azərbaycana aid olan sektorunda həm də Qazaxıstana aid olan sektorunda bağladığı beynəlxalq müqavilələr əsasında hasilatı ilə məşğul olur.Əsrin müqaviləsi 1994-cu ilin sentyabrın 20-da Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,”Çıraq” yataqlarının dərinlikdə yerləşən hisseəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləyə əsasən Böyük Britaniya Xəzərin resurslarını birgə istifadə etməyi dəstəkləyir

Rusiya
Xəzərin hec bir okeana çıxışı yoxdur.Buna əsaslanaraq “göl” statusu adı verilməlidir.Avropa Birliyi və ABŞ bizim ordumuzdan narazıdırsa 5 ölkə arasında koalisiya yaransin.Təklif edilir ki, orduda razılıq olsun deyə koalisiya yaradılmalıdır.Xəzərin statusu(dəniz suları) 5 ölkə arasında bölünsün

China
People’s Republic of China proposes to divide bottom of Caspian Sea on national security by middle line principle between the countries(20% of resources to each country)
People’s Republic of China insists on involving NATO forces in policy of Caspian Sea as an organ that would provide additional security in the region

Rusiya
Xəzərin statusunun həll etdiyi zamanda 5 ölkə təskil edilməlidir həll yolu üçün.

Azərbaycan
Hal hazırda Qazaxıstan Rusiya ilə narazıçılığı olmuşdur dənizin bölünməsi ilə bağlı.

Iran
Pərdəli mövzu ile bağlı ərazi bölgüsü aparılsın .Xəzərin bölüşdürülməsindən sonar 20% bölgüdən sonra həll eəe bilərik bu kimi mövzuları və yeganə mövqeyi 20%-ə qədər bölünməsi ilə yanaşı BMT-nin dəniz konvensiyasının hüquq və prinsipləri təqdim olunmamalıdır
Xəzərin ərazi bölgüsü ilə danışdığı üçün İran düşünür ki, hərbi müzakirələrin aparılması düzgün deyil.

Türkmənistan
Xəzər problemli  zonadır və problem həll olunmayıb.Buna əsasən Xəzərin ortaq istifadəsi tərəfdarıdır.

…..Xezer denizdir ya yox?

America
Öz movqeyini bildirir Xəzər göl deyil.Rusiyadan ora hərbi donanmalar göndərir və Suriyani bombalayır.bu o deməkdir ki,Rusiya Suriyadaki diktatura rejiimini qebul edir

Azərbaycan
Xəzərə unikal dəniz kimi baxır.
Beynəlxalq dəniz gözü ilə baxdığı kimi dəstəkləyir.Neft və qaz əsas resurslardır.Əgər biz Rusiya və İranın fikri ilə yəni göl kimi razılaşsaq “beynəlxalq deniz” statusu alma ehtimalı sıfıra enir.

Rusiya
Xəzərdən Suriyaya atəş açdığı zaman Azərbaycandan icazə alib elə atəş aciriq(Amerikaya cavab)
Xəzər gölünün heç bir okeana, dənizə çıxışı yoxdur.Volqadan tutmuş Kürə qədər hamısı Xəzərə axır.Əgər Amerika və ya Avropa Birliyi “dəniz” statusu əldə etməsələr onlar öz qoşunlarını yürütmək istəyirlər.Gələcəkdə koalisiya məqamlari həll olunsun 

Iran
Xəzər göldür.Xəzər qapalı dənizdir.Burda yalnız Xəzıryanı ölkələr təsir edir.

Azərbaycan
Irana cvb:1949 Rusiya İranın iştirakı olmadan neft hasilatına başladı.Xəzərin təbii ehtiyatlarının İrana aid olduğu deyilir.Iran Azərbaycanın mövqeyindən çıxış etsə daha uyğun olar

Qazaxıstan
Xəzərin bölünməsində 12min ərazi sahəsində bölünməsində iştirak edir.

Turkmənistan
 Xəzəri göl kimi qəbul etmir cünki xariclə əlaqəsi yox səviyyəsinə düşəcək. Ticarət məhv olacaq.Xəzər  “unikal dəniz” status almalıdır
Bu sahədə Azərbaycanın mövqeyi daha unikaldir. Xəzərin unikal dəniz olduğunu təsdiqləyirlər

EU
Caspian is a unique sea. İt has a unique future different to biggest lake in Russia. İs a fresh water. Caspian is a unique 70%. İt does have not outlet sea. Manage canal it does have a real. İt is historically sea.

Çin
Çin Xəzər Dənizini dəniz kimi qəbul etməsinin tərəfdarıdır, göl kimi yox.

Amerika
Azərbaycandan icaze alıb Rusiya.Rusiya İranla bir koalisiya yaradıb Suriyaya qarşı öz istədiklərini edirlər.

Iran
Azərbaycan tərəfinə bildirmək istəyirki İran İslam Respublikası olaraq 1977-ci ilde Xəzərin bölüşdürülməsinə dair etdikləri qanunsuz hesab edilir.1940-ci il müqaviləsinə gorə SSR 86% İran 14% müəyyənləşib.Xəzərin resurlarının 50-60ci illərdə istifadə olunması öz ittifaqının daxili sərhədləri arasında olmuşdur.

Böyük Britaniya
Xəzərin unikal dəniz olmasını təsdiqləyir.Böyük Britaniya bu yolda 60 milyara yaxın gəlir əldə etmişdir.Xəzərin sərvətləri Xəzəryanı ölkələr ətrafında paylaşdırılır.

Azərbaycan
Turkmənistan və Qazaxıstana təşəkkür bildirir dəstəklədikləri üçün. 2013cu ildə TANAP imzalandı Əgər Qazaxıstan bizi dəstəkləməsə bu “TANAP” layihəsinin gerçəkləşməsinə maneə olur,”TANAP” layihəsi də pul deməkdir.Qazaxıstan dəstəkləməsə “TANAP” layihəsindən çıxarılacaq.

Qazaxıstan
Xəzərə göl statusu deyilməsini rədd edirlər.Öz iqtisadi mənafelərini düşünmək məcburiyətində olduqlarını söyləyirlər.Unikal dəniz statusu verilməsi tərəfdarıdırlar.Əgər Qazaxıstan dəniz yox göl kimi qebul etsə, həm siyasi həm də iqtisadi cəhətdən Rusiyadan asılı düşəcək.

Iran
Rusiya tərəflə müzakirə aparıb qərara gəlindiki Xəzərə “bağlı dəniz” statusu adi vermək olar.Lakin BMT-nin qapalı dəniz göstərişi ilə qarışdırılmamalıdır.BMT-nin dəniz konvensiyasindan ferqi Xəzər yalnız onun ətrafında olan dövlətlərin idarəsi altındadır.Xəzər digər beylnəlxalq gəmilərin hərəkət etməsi üçün yerdir.Digər ölkələrində həm hərbi,həm ticarət gəmiləri üzə bilər.Xəzərə 1921 və 1940-ci illərdə göstərilən “bağlı dəniz” statusu verilsin.

Rusiya
Irani dəstəkləyir.Xəzər dənizində 75% duz var.Duz suni kecid ilə gəlir.

Azərbaycan
Xəzər unikal xüsusiyyətlərə malik dənizdir.Digər dövlətlərə,İrana aldanmayıb onlarla birgə çıxış etməyi tərəfdarıdırlar.

EU
We ready promoting economic situation region include cooperation after China.